Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda futbol çempionatını “Play station”da bitirməyi təklif edirlər

Pandemiya futbol sektoruna çox böyük zərbə vurub. Xeyli klubun ya iflas olması, ya da çox ağır maliyyə durumuna düşməsi barədə xəbərlər gəlir. Futbol təsərrüfatının taleyi çox qaranlıq görünür.

Bizimyol.info xəbər verir ki, iyunda bir çox ölkələr milli çempionatını davam etdirəcək. İranda buna cəsarət edə bilmirlər. Çünki son vaxtlar koronavirusa yoluxanların sayı yenə artıb. Ölkədə virusun ikinci dalğasının gəlməsindən danışmağa başlayıblar.

Bu məqamda “Traktorsazi”nin idman direktoru Söhrabi qəribə təkliflə çıxış edib.

Söhrabi Söhrabi

O, çempionatı “Play station”da bitirməyi ən optimal variant saydığını deyib. Söhrabinin fikrincə, hər klub bir nümayəndə seçə bilər, həmin adamlar çempionatı kompüter versiyasında davam etdirməklə başa vurar.

“Traktorsazi”nin idman direktoru milli birinciliyin bərpasına çox inanmadığını gizlətməyib. Söhrabi deyib ki, bərpa alınsa belə, matçlar tamaşaçısız oynanılacaq, bu isə oyunların sönüklüyünə səbəb olacaq.

İran çempionatı 21-ci turda dayandırılıb. Turnir cədvəlinə 44 xalla “Persepolis” başçılıq edir. “Traktorsazi” 37 xalla üçüncü yerdədir.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »