Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qarpızı kəsdirib almayan müştərini satıcı öldürmək istədi - Video
qarpız kəsdiyi bıçaq

Türkiyənin Sakarya şəhərində bazarlardan birində çıxan dava sosial media üçün müzakirə mövzusu yaradıb.

Qarpızı kəsdirib almayan müştərinin satıcı öldürmək istəyib.

Bizimyol.info xəbər verir ki, Akyazı ilçəsində bazarda iki tərəf arasındakı anlaşılmazlıq böyük davaya çevrilib. Müştəri qarpızı kəsdirəndən sonra almaq istəməyib. Bundan hirslənən satıcı onun üzərinə bıçaqla hücum edib. Ətrafdakılar müştərinin xəsarət almasına imkan verməyib. Əslində, müştərini qarpız yox, qiymət fərqi narazaı salıb. O, polisin müdaxiləsi zamanı satıcının əvvəlcə daha aşağı qiymət söylədiyini bildirib.

Sonda tərəflər barışıb. Heç biri polisə şikayət ərizəsi təqdim etmək istəməyib.

Sosial şəbəkələrdə hadisəyə çox maraqlı reaksiyalar olub. İstifadəçilərin çoxu yazıb ki, qarpıza görə bıçaq çıxarmağa dəyməzdi. Bir nəfər isə qeyd edib ki, malın üzərinə qiymətlər yazılmasa, həmişə belə davalar olacaq.

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Baş infeksionist: "Cərimə tətbiq edilməlidir"
››› 13 nəfərin yaralandığı qəza ilə bağlı cinayət işi başlanıb
››› İtaliyada sutka ərzində koronavirusdan ən az ölüm faktı qeydə alınıb
Son xəbərlər
Bütün xəbərlər »