Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ayətullah Xamenei: "Səudiyyə Ərəbistanı Fələstinə xəyanət etdi"
Ayətullah Əli Xamneyi

Bizimyol.info-un verdiyi xəbərə görə, İranın Ali lideri Ayətullah Xamenei İsrail rejimi ilə münasibətləri normallaşma prosesinə keçən bəzi ərəb ölkələrini və Səudiyyə Ərəbistanını tənqid edib.

Bu barədə Ayətullah Xameneinin rəsmi "Tvitter" hesabından açıqlama verilib.

Təl-Əviv hökumətiylə əlaqələri xəyanət adlandıran Ayətullah Xamenei "Bu gün bəzi Fars körfəzi dövlətləri öz tarixlərinə və ərəb dünyasına ən böyük xainliyi etdilər. İsraili dəstəkləyərək, Fələstinə xəyanət etdilər. Bu dövlətlərin xalqları liderlərinin xəyanətinə dözümlülük göstərəcəkmi?", - deyə qeyd edib.

Ayətullah Xamenei digər mesajında isə birbaşa Səudiyyə Ərəbistanı rəhbərliyini hədəfə alaraq, bu sözlərə yer verib: "Səudiyyəlilərin sionist rejimlə (İsrail) görünən əlaqələri tam mənasıyla Fələstin və İslam ölkələrini arxadan vuran bir xəncərdir. Səudiyyəlilər böyük bir xəyanət addımı atdılar. Onlar günahkardır, ancaq burada da ABŞ işin içindədir".

Ərəb ölkələrini ABŞ-ın etibarlı olmadığını anlamağa çağıran Ayətullah Xamenei "ABŞ onları sionist rejimi və özünün bölgədəki imperialist maraqlarını qorumaq üçün bir vasitə olaraq görür", - deyə vurğulayıb.

Paylaş »
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »