Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin məktəblərdə əyani dərsin ləğv olunması ehtimalından danışdı

Bir çox ölkələrdə olduğu kimi, Rusiyada da məktəblərdə dərs ilini başa vurmaq qərarına gəliblər. Orada hətta sentyabrda da əyani təhsilin davam etdirilməyəcəyindən danışılır.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin məktəblərdə əyani dərsin ləğv olunması ehtimalından danışıb. Dövlət başçısı bununla bağlı söz-söhbəti təxribat adlandırıb. Onun sözlərinə görə, həmişəlik distant təhsillə kifayətlənmək fikrində deyillər

“Distant təhsillə bağlı çətinliklər oldu. Nəticələri analiz etmək lazımdır. Bir də yeni dərs ilində təhsil alanların biliklərini yoxlamağa ehtiyac var”, - prezident belə deyib

Buna baxmayaraq, Putin düşünür ki, distant təhsil təcrübəsi gələcəklə işə yaraya bilər. Son günlər Rusiyada əyani təhsilin birdəfəlik ləğv ediləcəyi ilə bağlı söz-söhbət yayılıb. Danışılanlara görə, hətta sentyabrda da şagirdlər məktəblərə qayıtmayacaq. Putin qəti mövqe ortaya qoymasa da, hər halda, indi bütünlüklə onlayn tədrisə keçilmənin məntiqəuyğun olmaması fikrindədir.

Son xəbərlər
Bütün xəbərlər »