Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniya hökuməti turistlər üçün "təhlükəsiz dəhlizlər" aça bilər

"İspaniya hökuməti digər ölkələrdən turistlərin gəlməsinə icazə verilməsi imkanını nəzərdən keçirir".

Bizimyol.info Trend-ə istinadən xəbər verir ki, bunu İspaniyanın Ekoloji keçid naziri Teresa Ribera deyib.

O bildirib ki, turistlər üçün "təhlükəsiz dəhlizlər" tətbiq oluna bilər:

"Bu sistem son bir-iki həftə pandemiyaya yoluxma hallarının sutkada 0,3 faizdən çox artmadığı regionlardan turistlərin səfər etməsinə imkan verəcək".

Nazir əlavə edib ki, İspaniyada gündəlik artım son bir həftə ərzində 0,3 faiz nisbətini keçməyib.

"Təhlükəsiz dəhlizlər" epidemioloji vəziyyətin İspaniyaya oxşar olduğu ölkələrlə açıla bilər.

Bununla belə, İspaniyanın özündə hərəkət məhdudiyyətinin iyul ayınadək qüvvədə qalacağı gözlənilir.

Daha əvvəl, xüsusi turizm dəhlizlərinin açılması fikrini Avstriya, Almaniya, İtaliya, Çexiya və digər Avropa ölkələri səsləndirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »