Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Aztelekom”a qarşı məhkəmə iddiası davam edir

“Aztelekom” MMC uzun müddətdir tam xarici investisiyalı Amerikan şirkəti olan “Avirtel” MMC-ni regionlarda sıxışdıraraq internet xidməti bazarından çıxarmağa cəhd göstərir”.

Bu barədə Bizimyol.info-ya “Avirtel” MMC-nin hüquqşunası Qəzənfər Paşayev bildirib.

Hüquqşünas iddia edib ki, “Aztelekom” regionlarda şirkətin 10000-dən artıq müştərisini oğurlayaraq öz səbəkəsinə keçirib: “Süni inhisarçılıq, tariflərin əsassız artırılması və digər haqsız rəqabət faktları ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyatlı qurumlara tərəfimizdən müraciətlər edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Aztelekom MMC-nin hərəkətləri inhisarçılıq faktı kimi qeydə alınmış, lakin, təəssüflər olsun ki, “Aztelekom” MMC qərar və tövsiyələrə məhəl qoymur.

“Aztelekom” MMC hazırda regionlarda hökmran mövqe tutan dövlət provayderidir. “Antiinhisar fəaliyyəti haqqında” qanunun 4-cü maddəsində qeyd olunur ki, “Hökmran mövqe dedikdə, təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti, həmçinin bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti başa düşülür”. Məhz bazarda hökmran mövqedə olan “Aztelekom” bu gün bu üstünlükdən sui -istifadə edərək bazar iqtisadiyyatının təməl prinsiplərini kobud şəkildə pozur.

“Aztelekom” MMC ilə konstruktiv danışıq cəhdlərimiz da faydasız olmuş, tərəfimizdən problemin sülh yolu ilə həlli üçün zaman-zaman təkliflər verilməsinə baxmayaraq, “Aztelekom” MMC bu təkliflərə ümumiyyətlə əhəmiyyət verməyib.

Prezident İlham Əliyevin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı məhkəmələrdə ədalətli nəticə əldə edəcəyimizə inamı artırmış və məsələ ilə bağlı müvafiq məhkəmə orqanına da müraciət etməyimizə baxmayaraq, burada da ədalətin bərqərar olmasına nail ola bilməmişik. Təəssüflər olsun ki, “Aztelekom” MMC-nin inhisarçı mövqeyini və haqsız rəqabəti sübut edən çoxsaylı mötəbər dəlillər, habelə, müştəri şikayətləri, şişirdilmiş borclarla bağlı sənədlər, həmçinin digər dövlət qurumu – “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti”nin rəyi də nəzərə alınmayıb və hakim əsassız şəkildə “Avirtel” MMC-nin “Aztelekom” MMC-yə qarşı qaldırdığı iddianı rədd edib.

Cənab Prezident daim Azərbaycanın çiçəklənməsi və biznes mühitinin daha da şəffaflaşması naminə rəqabətli və bərabər imkanlar mühitində fəaliyyət, qeyri-neft sektorunun, xüsusilə informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı, sahibkarlığa dəstək, xarici investisiyanın qorunması kimi məsələlərin əhəmiyyətini xüsusi vurğulamışdır. Təəəssüflə bildirirəm ki, bu gün “Aztelekom” MMC bu siyasətə tamamilə zidd addımlar atmaqla İKT sektorunda fəaliyyət göstərən tam xarici investisiyalı özəl müəssisənin fəaliyyətini demək olar ki, mümkünsüz etmişdir”.

Qeyd edək ki, “Avirtel” MMC məhkəmədə “Aztelekom” MMC-yə qarşı iddiası davam edir.

Ramid İbrahimov

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »