Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Paşinyan xalqımıza meydan oxudu
pasinyan

Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın işğal altında olan Şuşa şəhərində qondarma Dağlıq Qarabağ Respublikası prezidentinə inauqurasiya mərasimi keçirilir. Ölkə ictimaiyyətini həddən artıq narazı salan bu vəziyyətə qarşı “haydı savaşa!! şüarları səsləndirənlər də var, bu mərasimi ordumuzun gücüylə qanlı toya çevirmək arzusunda olanlar da. Son dövrlər Ermənistanın Azərbaycanı dönə-dönə savaşa təhrik etməsi açıq –aşkar görünməkdədir. O sanki “gəl vuruşaq” deyir bəs biz?

Bizimyol.info olaraq “Biz niyə susuruq?” sualına politoloq Elşən Manaflı ilə cavab tapmağa çalışdıq.

Elşən Manafov Elşən Manafov

“Paşinyan Ermənistan dövlətinin Təhlükəsilzik Şurasının və qondarma Qarabağ Respublikasının iclaslarını Şuşada keçirirdi. Sadəcə bu məlumatlar bizə sızdırılmırdı və biz bunu başqa mənbələrdən alırdıq. İndi isə onlar inauqurasiyanı bizim üçün xüsusi bir dəyər təşkil edən Şuşada keçirməklə Azərbaycan xalqına meydan oxumuş oldu. Nəzərə almaq lazımdır ki, Paşinyan Müşhen konfransı zamanı münaqişənin həlliylə bağlı 6 prinsip irəli sürmüşdü. Azərbaycan tərəfi bunlardan yalnız birinin qəbul olunacağını bildirmişdi. Bu prinsip o idi ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli hələlik nəzərdən keçirilmir. Qəbu etmədiyimiz prinsiplərdən biri barədə də danışım.

Ermənistan israr edirdi ki, Dağlıq Qarabağ icması danışıqlarda müstəqil tərəf kimi iştirak etsin. Onlar bunun üçün 1994-cü ildə imzalanmış atəşkəsi nəzərdə tutan Bişkek prtokolunu əsas götürürdülər və bu protokolda qondarma rejimin müdafiə nazirinin imzası var. O zaman Rusiyanı bu danışıqlarda təmsil edən xarici işlər nazirinin müavini Kazimirovun da memuarlarında bu fakt öz əksini tapıb. Azərbaycan tərəfi deyir ki, işğalçı rejimlə danışıqlar masasına oturmayacaq. Halbuki həmin rejim Ermənistan və Rusiyanın dəstəyi ilə bizim torpaqlarımızı işğal edib. Rəsmi Bakı Azərbaycan icmasının da bu danışıqlarda iştirak edəcəyi ilə bağlı mövqe sərgilədi.

Hesab edirəm, Azərbayan tərəfinin irəli sürdüyü bu təklifin uğurlu model olub-olmadığını zaman göstərəcək. Çünki, azərbayanlılar ermənilərdən fərqli olaraq Qarabağa gəlmə xalq yox, aborigen xalqdır. Ona görə azərbaycanlıları orda icma olaraq təmsil etmək gələcəkdə ermənilərin əlinə fürsət kartı vermək olardı.

Bu gün Azərbaycan ordusunun imkanı varki Şuşada keçirilən mərasim üçün hərbi şou təşkil etsin. Sadəcə olaraq beynəlxalq normalar və diplomatik etiket qaydalarına görə biz bu addımı atmırıq. Dünən Azərbaycan XİN-in yaydığı bəynatda da qeyd edildi ki, Azərbayan münaqişənin danışılar yolu ilə həllini istəyir. Amma bu gün balaca uşaq da bilir ki, danışıqlar yolu ilə problemin həlli yolu arxada qalıb və perspektiv imkanları da yoxdur. Azərbaycan hərbi müstəvidə həll üçün münasib şəraitin olmadıığnı düşünür.Lakin biz cəmiyyət olaraq torpaqlarımızın müharibə yolu ilə geri qaytarılmasını istəyirik. Hər bir halda müharibənin başlayıb – başlamayacağı Ali baş Komandan olaraq Azərbaycan Prezideninin səlahiyyətindədir”,- deyə politoloq vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »