Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronavirus böyrək hüceyrələrində də çoxalır” – Həkimdən açıqlama

“Koronavirus (COVID-19) pandemiyası ilə mübarizənin növbəti mərhələyə keçdiyi indiki zamanda virus haqqında elmi məlumatlar da yenilənir. Belə ki, pandemiyanın başlanğıcında ağır xəstələrdə kliniki gedişatın belə olmasının səbəbi kimi təkcə ağciyərin pnevmoniyası göstərilirdisə, zaman-zaman kliniki mənzərəni çətinləşdirən digər faktorlar da öyrənilməyə başlanılıb".

Bunu Bizimyol.info-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

Nuran Abdullayev Nuran Abdullayev

N.Abdullayev qeyd edib ki, virusun böyrəklərdə tapılması və bunun ağciyərdəki iltihabi prosesdən asılı olmayaraq bir başa xəstələrin vəziyyətinin ağırlaşmasına və hətta ölməsinə səbəb ola bilməsi sübut olunub: “Dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan və virus haqqında çox vacib məlumatları bizlərə çatdıran “New England Journal of Medicine”də ən yeni elmi nailiyyətlərdən biri dərc olunub. Belə ki, bu tədqiqatda xəstələrin autopsilərinin incələnməsi zamanı COVID-19 virusu müxtəlif orqanlarda - ağciyərlərdə, udlaqda, ürəkdə, qaraciyərdə, beyində və böyrəklərdə tapılıb. Tədqiqatçı alimlər burada daha çox virusun böyrəkdə çoxalmasına diqqəti çəkiblər.

Bu tədqiqatda sübut edilir ki, COVID-19 virusu böyrək hüceyrələrində də çoxalır, bu da onun funksiyasının pozulmasına səbəb ola bilər. Belə olan halda COVID-19 virusunun böyrək hüceyrələrinə hansı yollarla düşməsi haqqında fərqli mülahizələr var ki, bu da növbəti tədqiqatların mövzusudur. Amma mülahizələrdən asılı olmayaraq, virusun böyrəklərdə çoxala bilməsi ağır COVID-19 ağciyər pnevmoniyası keçirməyən və öncədən böyrək çatışmazlığı olmayan xəstələrdə nəyə görə ciddi böyrək problemlərinin ortaya çıxmasını və xəstəliyin ağır keçməsini izah edir”.

N.Abdullayevin sözlərinə görə, ağırlaşmalara səbəb olacaq yeni elmi məlumatlardan biri də COVID-19 virusunun qanın laxtalanma sisteminə təsiridir.

Ramid İbrahimov

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »