Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sərhəddində vətəndaşların buraxılışı başlanıb
Dağıstanda qalan azərbaycanlıların problemləri iki ölkənin prezidentinin müzakirə mövzusu olub

Rusiya-Azərbaycan sərhədini keçib, öz vətəninə qayıtmaq istəyən azərbaycanlılar uzun müddətdir çətin vəziyyətdə qalıb. Dağıstanda 700-ə yaxın Azərbaycan vətəndaşı toplaşıb, onlar turbazalarda, otellərdə və çadır düşərgələrində yerləşiblər.

Martın 24-də yaranmış karantin rejimi ilə bağlı sərhədi ancaq şənbə günləri saat 10.00-dan 14.00-a qədər keçmək imkanı yaradılmışdı. Bu imkandan çox az sayda insan yararlana bilib. Aprelin 5-dən isə sərhəd tamamilə qapadılıb. Azərbaycanın hökuməti Vətəninə qayıdanlar üçün xüsusi sayt yaratdı. Azərbaycana qayıtmaq istəyənlər aprelin 23-nə qədər o saytda elektron qaydada növbə götürmək imkanı qazansa da, bu müddətdə sərhəd cəmi bir dəfə - aprelin 19-dan 20-nə keçən gecə açılıb.

Azərbaycanda aprelin 5-dən tətbiq olunan xüsusi karantin rejiminin müddəti birinci dəfə aprelin 20-dən mayın 4-nə qədər, ikinci dəfə isə mayın 31-nə qədər uzadıldığına görə Rusiyadakı soydaşlarımız sərhədin o biri tərəfində qalmalı olublar.

Bizimyol.info olaraq bu məsələni Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti ilə dəqiqləşdirmək istəsək də, sualımızı eşitdikdən sonra dəstəyi asdılar və bir daha zəngimizə cavab verilmədi.

Nazirlər Kabinetinin mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, bu məslə barədə məlumatı yoxdur.

İbrahim Məmmədov İbrahim Məmmədov

RİA Novosti-Dağıstan məlumat verir ki, azərbaycanlıların öz vətənlərinə dönməsində Rusiya tərəfdən heç bir məhdudiyyət yoxdur: "Onlar öz ölkərinə keçə bilməyib.

Məlum olub ki, başqa ölkələrdə (Gürcüstan, Türkiyə və s.) olan vətəndaşlarla da eyni problem var. Xarici ölkələrə nisbətən məhz Rusiyada daha çox azərbaycanlı yaşayır.

Rusiyanın Azərbaycanla birbaşa quru sərhədi var" .

Agentliyin xəbərinə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın bu cür addımlarının məqsədinin Rusiyadan miqrantların axınını asanlaşdırmaq olduğunu deyjb.

Məlumatda bildirilir ki, Dağıstanda Məhərrəmkənd rayonu ərazisində qalan azərbaycanlıların sayı 700-dən çoxdur: "Bir neçə yüz nəfər də Dərbənddə var. Onlar yerli hökumət qurumları və xeyriyyəçilərin hesabına yaşayış yeri və qida ilə təmin olunur. Sərhəd zonasına toplaşan çoxlu sayda insan karantin qaydalarına riayət etmir, bu da epidemioloji situasiyanı çox pisləşdirir”.

Məlumatda qeyd edilir ki, sərhəddə çətin vəziyyətdə qalmış insanlara Qafqazın iki tanınmış siması əslən azərbaycanlı milyonçu Qod Nisanov və milliyyətcə ləzgi olan rusiyalı deputat Süleyman Kərimov yardım edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində bir qrup Azərbaycan vətəndaşının çadırlarda qalmasına münasibət bildirərkən söylədi ki, bu istiqamətdə işlər aparılır. Qayıdış üçün iki ölkənin dövlət orqanları əlaqəli çalışmalı, sanitar-epidemioloji hazırlıq görülməlidir. Sonuncu dəfə Rusiyadan 540 vətəndaşımız ölkəyə gətirilib. Dağıstanda olan vətəndaşlarımızla bağlı da Rusiya tərəfi ilə ünsiyyətdəyik. Vətəndaşlarımıza tövsiyəmiz odur ki, sərhədə toplaşmaq çıxış yolu deyil. İnsanların fərdi hərəkət azadlığında da müəyyən məhdudiyyətlər olmalıdır. Rusiyanın aidiyyəti qurumları ilə əməkdaşlığımız davam edir. Portalda müəyyən edilmiş qrafik və karantin zonalarının imkanları da nəzərə alınmaqla, qayıdış prosesi davam edir ".

Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Prezidentin mətbuat xidmətindən bildirildiyinə görə, telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Elə bu söhbətdən sonra mayın 19-da axşam saatlarında soydaşlarımızın sərhəddən ölkə ərazisinə buraxılması başlanılıb.

İlhamə Rəsulova

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »