Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər Şuşada inauqurasiya mərasimi keçirir: “Azərbaycan cavab verəcək, amma necə..."

Mayın 21-də ermənilər qondarma Dağlıq Qarabağ rejiminin və himayədarlarının işğal altında olan Şuşamızda inauqurasiya mərasimi keçirir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərlinin fikrinə görə, bu artıq Azərbaycana meydan oxumaqdan ötə, birmənalı olaraq Azərbaycan xalqını hər anlamda aşağılamaqdır.

Faiq Ələkbərli Faiq Ələkbərli

Atəşkəs rejimi dövründə qondarma rejimin hər bir işi nümayişkaranə şəkildə ortaya qoyması, üstəlik bu dəfə bunu Şuşada etməsinin əməli cavabı olmalıdır. Əks təqdirdə onsuz da, beynəlxaq aləmdə aşağı olan nüfuzmuzun tamamilə yerlə yeksan olması deməkdir.Ölkə daxilində və xaricində yaşayan azərbaycanlılar buna səssiz qalmamalıdır.

“Azərbaycan rəhbərliyindən tək tələbimiz buna qarşılıq olaraq, həmin qeyri qanuni inaqurasiya mərasiminə havadan və qurudan hərbi zərbələr endirilməlidir.

Əgər bu atəşkəs rejiminin birdəfəlik pozulması ilə nəticələnərsə, şərəfli bir müharibəyə başlamaq üçün çox əla şansdır. Əgər buna da əsaslı cavab verə bilməsək, bundan böyük, dəhşətli nə rəzillik olmalıdır ki, sözümüzü deyək, düşmənə layiqli cavab verək!?

Azərbaycan xalqı, artıq bir yumruq olub, düşmənə layiqli cavab vermək üçün Milli iradə ortaya qoymalıdır.

Şuşada erməni dığalarının və himayədarlarının Azərbaycan xalqını bu formada, özü də nümayişkaranə şəkildə təhqir etməsinə yol vermək olmaz”.

Milli Məclisin deputatı Azay Quliyev isə məsləyə bir qədər fərqli yanaşır.

Azay Quliyev

“ Sual olunur, niyə bu məsxərəni məhz Şuşada təşkil edirlər? Ona görə ki, martın 31-də ermənilərin orada təşkil etdikləri seçki oyunu tamamilə fiaskoya uğradı. Lakin ermənilər özlərinin belə tanımadığı bir qurumun rəhbərinin andiçmə mərasimini keçirməklə nə qədər riyakar olduqlarını göstərmiş olurlar. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Ermənistan rəhbərliyi özünü tamamilə ifşa etdi, daxildə və xaricdə rəzil vəziyyətə düşdü”. Bizimyol.info-nun məlumatına görə, Azay Quliyev bu fikirləri Milli Məclisin müzakirələri zamanı səsləndirib.

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bu erməni tərərfin növbəti təxribatıdır və Azərbaycan bunun cavabını mütləq şəkildə verəcək.

“Bu gün saat 6-da Şuşa şəhərində qondarma Qarabağ Respublikası prezidentinin inaqurasiya mərasimi keçiriləcək. Azərbaycan cəmiyyətimizi narahat edən bu vəziyyətə diplomatik kluarlarda cavab verəcək, müvafiq bəyanat yayacaq. Biz bu vəziyyətə hərbi qaydada cavab verə bilmirik, bu da əlverişsiz beynəlxalq şəraitlə bağlıdır. Ümumilikdə MDB məkanında süni şəkildə yaradılmış münaqişələr mövcuddur və bu münaqişələr davam edir. O münaqişəni öz başına həll etmək istəyən dövlətlərin başına nə gəlirsə bu Azərbaycandan da yan keçmir.Bu məsələnin bir tərəfi.

İkinci tərəfi. Ordu vasitəsilə Ermənistana cavab vermək imkan xaricindədir. Bizim rəqibimiz Ermənistan deyil. Ermənistanla hərbi müstəvidə problemi təkbətək həll etmək bizim ən çox 3-5 günümüzü alardı.

Ermənistan davamlı şəkildə bizi təxribata cəlb edir. Qarabağın müstəqil Respublika kimi dünyaya tanıdılma cəhdi və yalnız Ermənistanın siyasi iradəsi daxilində deyil. Pandemiya dövründə onlar seçki keçirdilər, atəşkəsi dəfələrlə pozdular.Ermənistanın dövlət siyasəti dayanmır. Maraqlı tərəflər, Dağlıq Qarabağ ətrafında maraqlı olan güclər bunu diktə edirlər. Bu günkü hadisə ilə bağlı onlar Azərbaycan əleyihinə şablon açıqlamalar verəcək, bəyanatlar yayacaqlar. Bunların hamısı gözləniləndir. Aərbaycan yəqin bunun cavabını ictimaiyyətə açıqlanmayan, kütləviləşməyən yollarla verəcək. Bizim də müəyyən təsir imkanlarımız var. Hazırda açıq savaş çağırışları, publikaya hesablanmış çıxışlar etmək, siyasi səhvlərə yol vermək olmaz. Siyasi şəraitin yetişməsini gözləmək lazımdır”.

İlhamə Rəsulova

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »