Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran israilli idmançılarla yarışmağı yasaqlayan qanunu qəbul etmədi

İran hakimiyyəti İsraildən olan idmançılarla yarışmağı qadağan edən qanunun qəbulundan imtina edib.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, İran idmançılarının İsraildən olan həmkarları ilə görüşməməsinə dair qeyri-rəsmi qadağa var. Lakin İran hakimiyəti qadağanı rəsmiləşdirməkdən imtina edib.

İslam Respublikasının lideri ayətullah Seyid Əli Xamənei İsrail idmançıları ilə yarışmaqdan imtina etmiş iranlıları dəfələrlə mükafatlandırıb və onların bu addımın alqışlayıb.

“Radio Farda”nın yaydığı məlumata görə, İsraildə olan istənilən yarışdan imtinaya dair qanun layihəsi mayın 12-də təqdim olunub. Lakin mayın 18-də məsələ İran parlamentinin gündəliyindən çıxarılıb. Bu, İranın gənclər və idman işləri üzrə nazirinin xahişi ilə edilib.

Son xəbərlər
Bütün xəbərlər »