Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsl fəlakət qaraçılar Bakıya girəndə başlayacaq" - Açıqlama

Xəbər verdiyimiz kimi Yevlax şəhərində Qaraçılar məhəlləsi" adlanan küçədə karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.

Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri, hüquqşünas Kəmalə Ağazadə bildirib ki, əsl fəlakət qaraçılar Bakıya girəndə başlayacaq.

Kəmalə Ağazadə Kəmalə Ağazadə

“Əsl fəlakəti qarçaılar Bakıya daxil olanda görəcəyik. Roman qrupuna məxsus qaraçılarla uzun illərdir iş apardığımdan təkcə onu deyə bilərəm ki, əksəriyyəti sanitar gigiyena qaydalarına əməl etmədikləri səbəbindən,zərərli vərdişləri olduğuna görə də ən yüksək risk qrupu hesab olunur. Bütün dalğalara "sinə gərə" biləcəyikmi , bax bu sual məni düşündürür. əslində qaraçıların ilin bütün fəsillərində isti- soyuq demədən küçələrə axışmaıs çox insanlarda fikir yarada bilər ki, onların immun sistemi güclüdür, virusa yoluxmazlar, amma araşdırmalardan bilirəm ki, ən çox vərəm,dəri-zöhrəvi xəstəliklər,eləcə də HİV virusu da qaraçılarda olur”,- deyə Kəmalə Ağazadə bildirib.

Qeyd edək ki, hazırda Bakıda dilənən qaraçıları yenə görmək mümkündür və polis nədənsə onların varlığına göz yumur.

Qaraçılarla bağlı yayılan xəbərlər sosial şəbəkələrdə insanları iki qrupa bölüb. Onların bəziləri qaraçıları diləndiklərinə görə qınasalar da bir çoxları normal həyat yaşayan qaraçı ailələrinin də olduğunu yazıb.

“Qaraçılar Bərdə rayonunda da kifayət qədər məskunlaşıb və sayları heç də Yevlax rayonundan az deyil və onlardan şəxsən tanıdığım qaraçı ailələri var ki, onların övladları həm orta məktəbdə oxuyub həm pasportları var həmdə qızlarını yerli sakinlərlə evləndiriblər sizin dediyiniz milli tarixi ənənələri ilə də məşğul olmurlar və o ailədən biri rayonda çox məhşur çöpçü olub. Qaraçılar istəsələr bizlər kimi normal həyat yaşaya bilərlər”.

“Xudatdaki qaracılar məhəlləsinə baxsanız, heyran qalarsınız. Hamısı milyonluq villalardır. Küçələrdə dilənən o qaraçılar hər gün bahalı maşınlara minib, öz iş yerlərinə- dilənməyə gedirlər”.

Azərbaycan qaraçıları ölkəmizdə yaşayan azsaylı xalqlardan biridir. Azərbaycanda XX əsrin 20-ci illərində köçəri çadırlarda yaşayan qaraçılar türk sözlərinin qarışığı ilə tat dilində danışırdılar, sayları 2 min nəfərə çatsa da onların əksəriyyəti çoxdan türkləşmiş və Azərbaycan türklərinə qarışmışdı.

2012–2014–cü illərə olan qeyri–rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxın olub. Onlar iki qrupa bölünürlər: fars dilində və kurmanc dilində danışanlar.

Farsdilli Qaraçılar Balakən rayonu ərazisinə I Şah Abbasın hakimiyyəti dövründə köçürülüblər və sayları 2 min nəfərdən artıqdır. Əsasən Şambulbinə, Gülüzanbinə, Məlikzadə kəndlərində yaşayırlar. Özlərini pars adlandıran bu qrup həmçinin Qax rayonunda məskunlaşmışdır. Rayonun Qapıçay kəndi əhalisi 1 ailə istisna olmaqla tamamiylə, Güllük kəndində isə təxminən 20 ailə farsdilli qaraçılardan ibarətdir.

Kurmanc dilli qaraçılar Azərbaycana XX əsrin 50–60–cı illərində Qazağıstandan köçürülüblər və özlərini kürd adlandırırlar. Onlar əsasən Yevlax rayonu olmaqla həmçinin Bərdə, Göyçay, Ağsu, Ağdaş, Şamaxı, Zaqatala və Xaçmaz rayonlarında kütləvi şəkildə yaşayırlar. Yevlax rayonunda yaşayan qaraçıların sayı 2.563 nəfərdir və əsasən Yevlax şəhərində məskunlaşıblar.

Bütün dünyada olduğu kimi, Azərbaycan da da qaraçıların statistikasında dəqiqlik yoxdur.

İlhamə Rəsulova

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »