Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yeni fəlakətlərə hazır olun, dünya aclıq və torpaq zəhərlənmələri ilə sınağa çəkiləcək
suriyali_qacqinlar

Koronavirus pandemiyası özü ilə milyonlarla şübhə və suallar yaratdı. Dünyanın siyasi gücləri bu məsələdə birləşib günahkar axtarsa da bu fəlakət əslində cəmiyyətimizin açıq nöqtələrini göstərdi və insan oğlu olaraq, milyonlarla toplumun bir an içində məhvinin heç də çətin olmadığını göz önünə sərdi. Amma bu dəfə məslə bir az fərqlidi, yəni öldürmək istəyən öldürərdi.

İnsanlıq sanki, sınaq imtahanına girib və fövqəladə hallardan necə çıxacağı test edilir. Türkiyəli araşdırmaçı yazar, iqtisadçı Hamza Yardımçıoğlu da hesab edir ki, bu yaşadıqlarımız əslıində daha böyük bir fəlakətin məşq oyunları idi, daha dərin fəlakətlərə hazır olmalıyıq.Bizimyol.info olaraq araşdırmaçı iqtisadçının fikirlərini təqdim edirik:

Hamza Yardımçıoğlu Hamza Yardımçıoğlu

“Bu yayı normal keçirəcəyik, amma payızda yenidən problemlə qarşılaşacağıq.Bunun da köklü səbəbləri var. baş verənlərin iqtisadi tərəflərini tarixə nəzərə salaraq izah etmək istəyirəm. İqtisadiyyatın əsasında qızıl- gümüş dəngəsinin qorunması dayanır. Bir qram qızılla 12 qram gümüş almaq mümkündürsə bu normal hesab edilməlidir.Qızılın gümüşə olan nisbəti rasion olaraq dəyərləndirilir. Əgər rasion 12dən çox olursa maliyyə problemləri yaranmağa başlayır. Bu rasionun həmişə rekord həddə çatdığı zamanlarda dünya çətin dönəmlərdən keçib. Birinci və ikinci dünya müharibələri, dünya iqtisadi böhranı yaranıb. Hazırda qızıl gümüş rasionu 100 rəqəmindən yüksəkdir. İkinci dünya müharibəsindən sonra 44 dövlətin rəhbərləri bir araya gələrək amerikan dollarını ortaq valyuta olaraq qəbul ediblər. 35 dollar bir unsiya qızıla bərabər tutulub.Bundan sonra dünyada altın- gümüş ödəmə sistemlərini dollar- neft ödəmə sistemi əvəz etməyə başlayıb. Dollar- neft sisteminin bazisi belə quruldu, 1991-ci ildə sovetlərin çöküşü ilə qızıl- gümüş rasionu 80-ə çatdı, bu gün biz 100-dən yuxarı bir rasion üzərindəyik və hələlik bu yüksəliş artmaqdadır, yəni dünya yeni bir fəlakətə hamilədir.

Dünya qurulduqdan bu yana insanlar arasında münasibət ağalar və qullar şəklində formalaşıb. Qlobal böhranın partladığı gün gəlib bütün krallar çılpaq göründüyü gün, dünyada qullar üçün bir azadlıq şansı doğacaq, əgər bu şansdan istifadə etməsələr yeni ağalar informasiyanı əlində saxlayanlar olacaq, başa onlar keçəcək, yerdə qalanlar isə çiplənmiş kölə rolunu oynayacaqlar.

Qeyri nağd pullar insanların bütün azadlığını əlindən alacaq.1960-cı illərdə bir müəllimin maaşı ilə 26 ədəd cümhuriyyət altını deyilən qızıl medalyonlar əldə etmək olurdu, 2020-ci ildə bu pulla bir və ya iki ədəd ancaq almaq mümkündür. İnflyasiya bu şəkildə baş verib.Bu bizim əməyimizin necə istismar edildiyinin sümürüldüyünün aynasıdır.Zamana yayıldığına görə hiss etməmişik. Qurbağanı birdən- birə qaynar suya atsan sıçrayıb qaçar, amma soyuq suya qoyub suyu asta – asta qızdırsan hiss etmədən yanacaq həddə keçir. Bu insanlar üçün də keçərlidir. Əslində biz dünya insanlıq tarixinin ən vəhşi quldarlıq dönəmini yaşayırıq.Bu gedişlə biz yaxın illərdə bir qram qızılın 1700 dollara bərabər tutulmasının şahidi olacağıq. Demokratiya adı altında biz əslində sahiblərini seçən qullara çevrildik. Bundan öncə isə tərsinəydi, ağalar qullarını seçirdilər. Nəqdsiz hesablaşma mütləq köləlik deməkdir. Yəni sənin nəqdsiz valyutan, rəqəmsal pulun yoxdursa sistemdən kənara atılacaqsan.Cibində nağq pul olmadan bir çörək belə ala bilməzsən, nəqliyyatdan istifadə edə bilməzsən, Qısası səni sağkən məhv edirlər”,- deyən araşdırmaçı yeni fəlakətin proqnozunu da verib.

“Payızda karantin yumşaldığı üçün kütləvi immun sistemi də yaranmadı və yenidəb başlamaq lazımdır”,- kimi fikirlər mütləq eşidəcəyik. İspan qripi iki il davam etmişdi. Biz daha dəhşətli ikinci dalğa barədə söhbətlər eşidəcəyik. İqtisadi böhranı daha da böyüdəcəklər.İnsanlara bu basqılar artacaq. Əslində biz böyük bir testin, sınağın içindəyik, daha böyük bir fəlakətin məşqini yaşayırıq.

Dünya bir sınaq masası halına gəldi. Yasaqlar qarşısında xalqlar necə reaksiya göstərdilər? Bu sınandı.. Oyundakı kimi level adlamaq lazımdır. Bütün bunları onların öz dillərindən eşidirik. Məqsədləri insan sayını azaltmaqdır.İnsanları qıtlıqla sınağa çəkəcəklər.Qlobal dünyada bir dövlətin aclıqdan məhv olması mümkün deyil.Başqa dövlətdən yardım ala bilər. Bu məqsədlə əkinçilik və heyvandarlığın insan əlindən çıxarılması lazımdır. Məhv edəcəklər və bunu öncə də test ediblər.

Bunu sadəcə bir xəstəlik qorxusu ilə insanların özlərinə etdirə biləcəklər. Torpağı elə bir şəkildə zəhərləyəcəklər ki, məhsul əkilsə də əldə bəhrə olmasın. Meşə yanğınları da onların əl işiydi. Bəzi vulkanik tərpənişləri əsas gətirib bundan sonrakı illərdə daha dəhşəli vəziyyət yaradacaqlar. İnsanları şəhərlərə sıxışdırıb kontrol altına alacaqlar. Dünya insanlarına qarşı marionetka oyunu oynadan böyük ailələr daha böyük fəlakət ssenariləri yazıblar və bu reallaşacaq. Qarşıda bizi nə gözləir?

Qısa məzmunla desək dünyanı yaxın bir neçə ildə bunlar gözləyir:

Koronavirus ev heyvanlarına da yoluxdurulacaq və ev heyvanlarını tamamilə məhv etdirəcəklər.

Torpağı zəhərləyəcəklər və yeni bir virus ortaya çıxaracaqlar.

Dünya böyük qıtlığa hazırlanır Meşə yanğınları başladılacaq.

Üsyanlar və böyük soyğunçuluqlar olacaq.

Dünya miqyasında pul öz dəyərini itirəcək”.

İlhamə Rəsulova

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »