Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlaxda qaraçılar polisə daşla xəsarət yetirib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan küçədə baş verib. Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hal-hazırda onun vəziyyəti qənaətbəxşdir.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »