Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda koronavirusdan ölənlərin sayı 70-ə çatdı

Ermənistanda daha 335 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan açıqlayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 606-ya yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 70-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 329 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »