Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk Hava Yolları şirkəti uçuşları bərpa edir

Türkiyənin əsas yük daşıyıcısı “Turkish Airlines” ("Türk Hava Yolları") şirkəti iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

O qeyd edib ki, daxili reyslər 4 iyunda, beynəlxalq reyslər isə 10 iyunda başlayacaq.

Aycın daha bir məsələyə toxunaraq qeyd edib ki, bundan sonra sərnişinlər təyyarə salonunda əl yükünü daşıya bilməyəcəklər.

"Təyyarə ilə yalnız əl çantalarını götürməyə icazə veriləcək" deyə şirkət rəsmisi bildirib. Qeyd edək ki, hazırda Türkiyədə virusa yoluxanların ümumi sayı 152 mini ötüb, ölkədə 4 222 insan pandemiyanın qurbanı olub, COVID-19-a yoluxmuş 113 987 insan sağalıb.

Son xəbərlər
Bütün xəbərlər »