Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir düşdüyü qəzadan danışıb - Video

Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.

Demokrat.az-ın xəbərinə görə, K.Heydərova məxsus avtomobil işıqforun qırmızı işığında keçib və “Maserati”yə çırpılıb.

Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin olduğu avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Kəmaləddin Heydərov Kəmaləddin Heydərov

Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov baş verən qəzadan danışıb.

Unikal.org-a açıqlama verən nazir hər şeyin qaydasında olduğunu bildirib: “Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı deyərdim!. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.

Son xəbərlər
Bütün xəbərlər »