Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ venesuelalılara humanitar yardım üçün 200 milyon dollardan çox pul ayırıb

ABŞ hökuməti venesuelalılara humanitar yardım üçün əlavə 200 milyon dollardan çox vəsaitin ayrılmasına qərar verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun açıqlamasında deyilir.

“Əlavə yardım kimi 200 milyon dollardan çox vəsait və eləcə də humanitar yardıma ehtiyacı olan venesuelalılara 138 milyon dollardan çox vəsait ayırırıq”, - deyə ölkənin xarici siyasət idarəsi rəhbərinin açıqlamasında qeyd olunub.

Söhbət vətəndə qalan və həmçinin “bölgənin digər ölkələrinə qaçan” venesuelalılardan gedir.

Son xəbərlər
Bütün xəbərlər »