Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp və Makron tezliklə "yeddilik" sammitinin çağırılacağını müzakirə edib

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon bağlantısı yaradaraq, yaxın gələcəkdə Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Almaniya və Yaponiyanın iştirakı ilə “yeddilik" sammitinin çağırılacağını müzakirə edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Cad Dir açıqlamasında bildirib.

“Prezidentlər ABŞ və Fransada, eləcə də dünyanın digər ölkələrində iqtisadiyyatların pandemiyadan sonra bərpasını müzakirə ediblər. ABŞ Prezidenti G7 sammitini tezliklə toplamaq istədiyini bildirib”, - mətndə belə deyilir.

Son xəbərlər
Bütün xəbərlər »