Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada növbəti mövsümün başlama vaxtı məlum oldu

İtaliya futbolunda 2020/2021 mövsümü sentyabrın 1-də start götürəcək.

Bu barədə qərar FIGC-in Federal Şurasının telekonfrans formatında iclasında verilib. Həmin qərara əsasən, A, B və C seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatını və dayandırılmasının mümkünlüyünü razılaşdıracaq.

Qeyd edək ki, daha əvvəl İtaliyada kütləvi tədbirlərin təşkilinə qadağa iyunun 14-dək uzadılıb. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »