Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ada ölkəsində həftədə 4 iş günü rejiminə keçmək istəyirlər

Həftədə iş günlərinin azaldılması bir çox ölkələrdə müzakirə olunur. Finlandiyada konkret addımlar atırlar. Siyahıya Yeni Zelandiya da qoşulmağa hazırlaşır.

Bizimyol.info xəbər verir ki, ada ölkəsinin baş naziri Cakinda Ardern həftədə 4 iş günü qrafikinə keçməyi təklif edir. Hökumət rəhbəri bunun effektli olacağını düşünür. Onun fikrincə, pandemiya dövründə iqtisadi canlanma yaratmaq üçün optimal varinatlardan biri də iş həftəsinin qısaldılmasıdır.

Hələ 2018-ci ildə Yeni Zelandiyada 200 işçisi olan “Perpetual Guardian” şirkəti 4 günlük iş rejiminə keçmişdi. Şirkətin rəhbəri Endryu Barnes mətbuata müsahibəsində indi işçilərinin daha xoşbəxt göründüyünü demişdi.

Ardern yeniliyi “cəsur model” adlandırıb. Baş nazir cəmiyyəti sistem dəyişikliyindən çəkinməməyə çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »