Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məsciddə “Bella çao” mahnısı səsləndi, aləm qarışdı - Video

Türkiyədə çox qəribə hadisə yaşanıb. Məsciddə italyan partizan marşı səslənib.

Bizimyol.info xəbər verir ki, hadisə İzmirdə baş verib. Birdən-birə 4 ilçədə - Karşıyakada, Konakda, Çiğlidə və Bucada camilərdən ətrafa “Bella çao” sədaları yayılıb. Sosial şəbəkələrdə baş verənləri qeydə alan xeyli video peyda olub. Fonda eşidilən səslərdən aydın anlamaq olur ki, insanlar təəccüb içindədir.

İzmir Müftülüyü hadisə ilə bağlı bəyanat yayıb. Burada baş verənlər sabotaj kimi qiymətləndirilib. Müftülüyün məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət olunub, cinayət işi açılıb.

“Bella çao” italyanların xalq musiqisi sayılır. Bundan İkinci Dünya Müharibəsində Modena dağlarına çəkilən partizanlar marş kimi istifadə edirdilər. İfadənin tərcüməsi “Əlvida, gözəl” deməkdir.

SSRİ-də “Bella çao”nu ilk dəfə Müslüm Maqomayev ifa etmişdi. Məşhur azərbaycanlı müğənni mahnını həm italyan, həm də rus dillərində oxumuşdu.

Son xəbərlər
Bütün xəbərlər »