Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin-ABŞ qarşıdurmasının növbəti mərhələsi: Asiya dövləti hədələyir

Çin-ABŞ münasibətləri son vaxtlar çox gərginləşib. Pandemiya dövründə dəfələrlə qarşılıqlı ittihamlar səslənib. İndi də qarşıdurmanın növbəti mərhələsi yaşanır.

Bizimyol.info xəbər verir ki, ABŞ-ən dövlət katibi Mayk Pompeonun Tayvan prezidenti Tsay İnveni ikinci dəfə seçkilərdə qələbə qazanması münasibəti ilə təbrik forması Çinin xoşuna gəlməyib. Asiya dövlətinin rəhbərliyi Vaşinqtonun vahid Çin prinsiplərinə zidd hərəkət etdiyini düşünür. ABŞ isə öz növbəsində Tayvanı tam müstəqil dövlət kimi qəbul etmək istəyini gizlətmir.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Litszyan Tayvanın vahid sistemdən kənarda təqdim edilməsinin yolverilməz olduğunu deyib. O, Vaşinqtonun davranışına görə cavab verəcəyini bildirib.

Elmlər doktoru Tsay İnvenin rəhbərlik etdiyi Demokratik İnkişaf Partiyası yanvarın 11-də parlament seçkilərində qalib gəlmişdi. İnven prezident seçkilərində ikinci dəfə qələbə qazanandan sonra adanın müstəqilliyi haqda daha inamlı danışmağa başlayıb. Çin burada ABŞ-ın barmağını görür. Pompeonun “Twitter”də yazdığı son dəstək statusu da Çin-ABŞ qarşıdurmasının növbəti mərhələyə keçməsindən xəbər verir.

Son xəbərlər
Bütün xəbərlər »