Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Astara rayonunun 3 yaşayış məntəqəsi illər sonra elektrik enerjisi ilə təmin olunub
Azerishiq

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.

Bu haqda məlumatı “Azərişıq” ASC Mətbuat xidmətinin rəisi Vaqif Mustafayev verib. “Cənab Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərancam imzalamışdır. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müassir elektrik enerji sistemi qurulub”.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalın böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb.

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »