Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 yaşında oğurlanan uşaq 32 il sonra tapıldı

1988-ci ildə 2 yaşında qaçırılan və başqa bir ailənin övladlığına verilən gənc 32 il sonra tapılıb.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, 1988-ci ildə Çində baş verən bu hadisə zamanı Mao Yin adlı uşaq atası ilə su almaq üçün girdiyi oteldən qaçırılıb.

Bundan sonra işindən ayrılan ana oğlunu axtarmaq üçün bütün Çini axtarıb. Oğlu üçün Çinin 10 fərqli regionuna 100 min əllə yazılan elan paylayan ana çox sayda televiziya kanalına çıxaraq yardım istəyib. Hətta bu müddətdə ana 300-dən artıq oğurlanan uşaqla görüşüb. Oğlunu axtarmaqdan vaz keçməyən ana 2007-ci ildə itkin düşən uşaqları tapmaq üçün qurulan dərnəyə könüllü üzv olub. Fəaliyyətilə 29 ailə ilə uşağını bir araya gətirməyi bacaran ana illər keçməsinə baxmayaraq oğlunu tapa bilməyib.

Aprel ayında isə onun 30 ildir gözlədiyi xəbər gəlib. Polis Siçuan əyalətində bir uşaq və bu uşağın övladlığa verildiyi ailənin zəngindən sonra hərəkətə keçib. Ailə və polis məlumatı dəqiqləşdirəndə bəlli olub ki, 34 yaşlı Gu Ningnina illərdir axtarılan həmin şəxsdir.

Mao Yin bununla da ailəsinə, son 30 ildə onu hər gün axtaran anasına qovuşub. Gələcəkdə nə edəcəyi haqda qərar vermədiyini deyən Mao hələlik vaxtını anası ilə keçirəcəyini bildirib. Oğluna qovuşan ana isə ona köməklik edən on minlərlə insana təşəkkür edib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »