Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis ziyalıların müraciətinə cavab verib

Milli Məclisin “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalının təsis olunması barədə qərarında “Böyük Vətən Müharibəsində Qələbənin” ifadəsinin “Faşizm üzərində Qələbənin” ifadəsi ilə əvəzlənməsinə dair Azərbaycanın bir qrup ziyalı, media və ictimaiyyət nümayəndələrinin Milli Məclisə imzaladığı müraciətə cavab verilib.

Bizimyol.info xəbər verir ki, ümumilikdə 267 nəfərin qoşulduğu müraciətə Milli Məclis Aparatının Dövlət Quruculuğu üzrə Qanunvericilik şöbəsi tərəfindən cavab verilib.

Cavab məktubunda bildirilib ki, MDB dövlət başçıları Şurasının 2008-ci il 10 oktyabr və 2013-cü il 15 oktyabr qərarlarına uyğun olaraq MDB məkanında bu qələbəyə yanaşmanın vahidliyini təmin etmək məqsədilə adıçəkilən medalın “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubileyi medalı kimi təsis edilməsi məqsədəmüvafiq hesab edilib.

Qeyd edək ki, cavab məktubunu deputatlığa keçmiş namizəd Anar Əsədov paylaşıb.

Ramid İbrahimov

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »