Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bu 5 Avropa ölkəsində təhsil almağa görə pul verilir
2019-01-09_204142

Xaricdə, Avropanın göbəyində pulsuz təhsil, yataqxana və pulsuz qida ilə təmin olaraq təhsil almaq çoxlarına xəyal kimi görünsə də bu mümkündür. Bəzi ölkələr anlayırlar ki, vətəndaşları və əcnəbilər üçün təhsilə qoyulan investisiya zaman keçdikcə iqtisadi artıma səbəb olur. Məhz bu cür düşünmə şəkli onları dünyanın ən inkişaf etmiş ölkəsinə çevirir.

Bizimyol.info böyük xərclər çəkmədən təhsil almağın mümkün olduğu 5 Avropa ölkəsi barədə məlumatı təqdim edir.

Almaniya- Almaniyada bəzi ixtisaslar üzrə kəskin mütəxəssis çatışmazlığı olduğuna görə, məhz bu ixtisaslar üzrə pulsuz təhsil və burs imkanları təqdim olunur. Ən vacib şərt alman dilini bilməkdir. Və ən yaxşıısı da budur ki, tələbat hiss olunan sahə üzrə təhsil alan tələbələrə Almaniyada iş də təklif olunur. Almaniyada peşə təhsili almış bənna, inşaatçı, avtomobil ustası, sanitar qovşaqlara nəzarət edən texniklərə həmişə ehtiyac var.

Böyük Britaniya təhsil almaq istəyən gənclərə maliyyə dəstəyi verən nadir ölkələrdəndir. Belə ki, Britaniya Şurası Milli Şura ilə birlikdə elmi araşdırmalar, innovasiyalar və texniki inkişaf sahəsində təhsil almaq istəyənlərə qrant ayırır.

Avstraliya- Avstraliya Hökuməti ölkədə ali təhsil almaq istəyən əcnəbilər üçün təhsil haqqının onda biri qədər ödəniş etməklə yataqxana və pulsuz yemək təminatı verən ölkələrdəndir.

Danimarka- Orta təhsil haqqında şəhadətnaməsi olan əcnəbi tələbələr Danimarkada ali təhsil ala bilərlər.Bundan əlavə ölkədə müxtəlif təhsil proqramları mövcuddur ki, bu proqram əcnəbi tələbələrə təqaüd təklif edir.Bu səbəbdən də 2013-cü ildən etibarən Danimarkada təhsil almaq istəyən əcnəbi tələbələrin sayı ildən-ilə artır.

Niderland -Bu ölkə də xaricdə təhsil almaq istəyənlər üçün yaxşı variant hesab oluna bilər.Burda həm ali təhsil pulsuzdur , həm də təqaüd verilir.Təhsil, Mədəniyyət və Elm nazirlikləri, elmi tədqiqat institutları əcnəbilər üçün nəzərdə tutulmuş Holland Scholarship proqramı vasitəsilə əlverişli şərtlərlə təhsil imkanı verir. Əgər tənbəl deyilsinizsə və internetiniz varsa Niderlandda oxcumaq üçün heç nə sizə mane ola bilməz.

İlhamə

Paylaş »
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Avropa ölkəsi bütün turistləri qəbul edir: Azərbaycandan gedənləri karantin gözləyir - Video
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »