Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Davudoğludan açıqlama: “Bəşər Əsədə zəmanət verdik...”

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 2012-ci ildə Suriya Prezidenti Bəşər Əsədlə baş tutan görüşü haqda danışıb.

Teleqraf.com xəbər verir ki, sabiq nazir Suriyada baş tutan görüşlərdə Əsədi islahatlara dəvət etdiyini bildirib.

“2011-ci ilin yanvar ayından avqusta ayına qədər dəfələrlə Suriyaya getdim. Səkkiz ay ərzində həm Ərdoğan, həm də Abdullah Güllə Bəşər Əsədi yola gətirməyə çalışdıq. Son görüşümlə bağlı isə əfsanələr uydurulur.

2012-ci ilin avqust ayında Əsədlə təkbətək 6 saat davam edən bir görüşüm oldu. Bir niyyətim vardı: Misirdə rejim devrildi, Tunisdə devrildi, Suriyada isə biz sənin yanındayıq, amma islahatlar apar. Dedim ki, bu dalğanı keç, xalq səni sevir, biz də sənin yanındayıq. Ona zəmanət verdik”, - Davudoğlu bildirib.

Sabiq Baş nazir medianın bu görüş haqda ağlasığmaz iddialar irəli sürdüyünü deyib:

“Suriya kəşfiyyatına bağlı jurnalistlər də, bəzi iddialar irəli sürürlər. Deyirlər ki, Davudoğlu gedib Əsədə bəzi şeyləri diktə edib. O 6 saatlıq görüş dövlət sənədlərində qeyd olunub. Heç nə gizli deyil”.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »