Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təqaüd kartlarından pul oğurlayan şəxslər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə çıxarılaraq oğurlandığını bildiriblər.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.

RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »