Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın bütün 50 ştatında iqtisadi fəaliyyət qismən bərpa edilib

ABŞ-ın bütün 50 ştatında koronavirus pandemiyası səbəbindən dayandırılmış iqtisadi fəaliyyət qismən bərpa edilib.

Azərtac Amerika KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Ağ Ev administrasiyası üzvlərinin iclasında bildirib.

Prezident Donald Trampın administrasiyası aprelin ortalarında antivirus məhdudiyyətlərinin ləğvinə dair üçmərhələli plan təqdim etmişdi. Həmin plana əsasən, müddəti qubernatorlar özləri epidemioloji vəziyyətdən asılı olaraq sərbəst şəkildə müəyyən etməlidirlər.

Amerikanın Cons Hopkins İnstitutunun məlumatına görə, hazırda ABŞ-da koronavirusa 1,5 milyon yoluxma halı aşkarlanıb, 91 mindən çox insan həyatını itirib, 283 mindən artıq xəstə sağalıb.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »