Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

Polis AXCP sədri Əli Kərimlinin daha bir cangüdənini saxlayıb.

Bu barədə Turan məlumat yayıb.

Məlumata görə, AXCP üzvü Səid Məmmədzadə bıçaqlamaq ittihamı ilə həbs edilib. Müxalifət partiyasından Səid Məmmədhadənin Əli Kərimlinin cangüdənlərindən biri olduğunu bildiriblər.

DİN-in mətbuat katibi Ehsan Zahidov agentliyə açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, Səid Məmmədzadə öz maşınyuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

DİN rəsmisi onu da bildirib ki, S.Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Virtualaz.org xatırladır ki, bundan əvvəl Azərbaycanın Baş Prokurorluğu Əli Kərimlinin başqa bir cangüdəni-Niyaməddin Əhmədova qarşı cinayət işinin başlandığını elan etmişdi. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »