Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya mətbuatı Kim Çen In haqda: “Yatmır, gecələr də işləyir”

Şimali Koreya lideri Kim Çen In son iki ay ərzində ikinci dəfədir ortada görünmür.

Hələ apreldə onun yoxa çıxdığı dünya mətbuatında geniş müzakirə olunmuşdu. Kim Çen In babası Kim İr Senin - Şimali Koreyanın yaradıcısının doğum günündə gözə dəyməyincə şayiələr yayılmağa başlamışdı. Onun hətta ölüm xəbəri çıxmışdı.

Bizimyol.info xəbər verir ki, Kim Çen In gübrə fabrikinin açılışında iştirak etməklə söz-söhbətə son qoymuşdu. Amma bu dəfə nə baş verdiyi məlum deyil.

Şimali Koreya mətbuatı xüsusi canfəşanlıqla onun gərgin işlədiyini yazır. KXDR-in rəsmi mətbu orqanı olan “Nodon Sinmun” ilk səhifəsini bütünlüklə liderin son 8 ildəki fəaliyyətini tərifləməyə həsr edib. Məqalədə yazılıb ki, Kim Çen In ölkə üçün böyük əmək ortaya qoyur: “Yatmır, gecələr də işləyir. Bizim lider üçün istirahət günləri, bayram, ad günü də yoxdur”.

Məqalədə əsas vurğu Kim Çen Inın doğru işləməyənləri cəzalandıracağına edilib. “Nodon Sinmun” böyük ehtimalla liderin orduda korrupsiya hallarının yığışdırılması ilə bağlı əmrini əsas götürür. Qəzet Kim Çen Inın sayəsində ordunun dünyanın ən böyük gücünə çevrildiyini yazıb. Məqalədə bildirilib ki, lider öz xalqını çox sevir, tezliklə iqtisadi sahədə də böyük uğurlar olacaq.

Şimali Koreya üzrə mütəxəssislərdən biri – Leyden Universitetinin professoru Kristofer Qrin deyib ki, məqalə daha əvvəl hazırlanıb. Çünki daha çox apreldəki məsələlərdən danışılır. Məhz keçən ay Kim Çen Inın ölkəyə başçılıq etməsinin 8-ci ili başa çatmışdı. Qrin diqqəti onun yenə iki həftəyə yaxındır ortada görünməməsinə yönəldib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »