Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Lukaşenkoya qazın qiymətində güzəşt etmədi

Rusiya prezidenti Vladimir Putin Avrasiya iqtisadi toplantısında Belarusdan olan həmkarının iradlarına cavab verib.

Aleksandr Lukaşenko təbii qaz qiymətlərinin yüksək olmasından gileylənmişdi. Putin indiki halda heç bir güzəşt olmayacağı ilə bağlı mövqe ortaya qoyub.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti yalnız müəyyən inteqrasiya səviyyəsinə yetişəndən sonra güzəşt məsələsinin müzakirəsini mümkün sayır.

“Vahid bazar, vahid büdcə, vahid vergi sistemi var. İnteqrasiyadan sonra qazın qiymətini də danışmaq olar”, - Putin belə deyib.

Dövlət başçısı bazarın öz şərtlərinin olduğunu, qiymət müəyyənləşdirərkən bütün xərclərin nəzərə alındığını vurğulayıb.

Lukaşenko Rusiyanın təbii qazı baha satmasından dəfələrlə gileylənib. Keçən həftə də oxşar çıxış olmuşdu. Lukaşenko qazın min kubmetrini 127 dollara aldıqlarını, Almaniyaya iki dəfə güzəşt olunduğunu bildirmişdi. Rusiya almanlara qazı 68 dollardan baha satmır. Lukaşenko İkinci Dünya Müharibəsindəki qələbənin 75 illiyi dövründə güzəşt gözləmələrinə mənəvi haqq qazandırmışdı.

Belarusdan başqa Qırğızıstan da qiymətin aşağı salınmasını istəyir. Orta Asiya dövlətinin işinə yaramayan fakt odur ki, “Qırğızqaz” bütünlüklə “Qazprom”un tabeliyindədir.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »