Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən kreditorlara çağırış: “Əmanətlərin Sığortalanması Fonduna nəzarət edilmir”

“Geniş səlahiyyətlərə sahib olan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) fəaliyyətinə Bakı Apellyasiya Məhkəməsi formal olaraq nəzarət edir. ƏSF-yə nəzarəti ancaq kreditorların yaradacağı Kreditorlar Komitəsi etməlidir”.

Bu barədə Bizimyol.info-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov(1) Əkrəm Həsənov

Ekspert bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin əksər hallarda nəzarətə həm bilikləri, həm də vaxtları kifayət etmir: “Cari və hərtərəfli nəzarət lazımdır. Bunu da əslində ancaq Kreditorlar Komitəsi vasitəsilə kreditorlar özləri edə bilər. Bütün dünyada belədir. Əksər ölkələrdə ləğvedicini belə həmin Komitə təyin edir. Bizdə də “Müflisləşmə və iflas haqqında” qanuna uyğun olaraq digər hüquqi şəxslərdə mexanizm məhz belədir. Təkcə banklar nədənsə istisna təşkil edir.

Belə nəzarət olmadığı halda ƏSF bir sıra özbaşınalığa, hətta korrupsiya əməllərinə yol verə bilər. Əsasən 4 istiqamətdə: Birincisi, bankların əşyalarını formal olaraq ucuz sata bilər. İkincisi, bankların verdiyi kreditləri qaytarmaq əvəzinə borc alanlarla sövdələşə və rüşvət müqabilində onlara güzəştlərə gedə bilər, hətta məhkəmə proseslərini də bilərəkdən uduza bilər. Üçüncüsü, bankın müəyyən kreditorlarına pullarını qanunsuz olaraq növbədənkənar qaytara bilər. Dördüncüsü, öz xərclərini şişirdə bilər”.

Ekspert bildirib ki, Kreditorlar Komitəsi “Banklar haqqında” qanuna əsasən yaradılır: “Kreditorlar yubanmadan ƏSF-ə və Mərkəzi Banka yazılı müraciət edərək Kreditorlar Komitəsinin yaradılmasını istəməlidirlər. Kollektiv müraciətlər də ola bilər”.

Qeyd edək ki, ləğv edilən “Atabank”, “Amrahbank”, “NBC Bank” və “AGBank”ın bağlanması ən çox orada pulu qalanları narahat edir. Açıqlanan rəsmi məlumata görə, bağlanan 4 bankda əmanətlərin cəmi məbləği təxmini 681 mln. manatdır. Qorunmayan əmanətlərin cəmi məbləği təxmini 5 mln. manatdır.

Ramid İbrahimov

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »