Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbib ailəsinin və dostlarının koronavirusla yoluxduğunu deyib

Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədov koronavirusa yoluxan atası və müəllimi Əbdülmanap Nurməhəmmədovun vəziyyəti haqqında üzücü xəbəri paylaşıb.

Publika.az xəbər verir ki, məşhur döyüşçü atasının durumunun kritik olduğunu bildirib.

Sosial media hesabından açıqlama verən Nurməhəmmədov atasının hələ də xəstəxanada olduğunu yazıb: “Virus ürəyinə pis təsir edib. Çünki ötən il ürəyindən əməliyyat olmuşdu. Daha bir əməliyyat da etdilər. Çox pis vəziyyətdədir. Allaha onu bizə geri gətirməsi üçün dua edirik”.

O, ailəsində 20-dən çox insanın infeksiyaya yoluxduğunu qeyd edib: “20-dən çox qohumum reanimasiyada idi. İndi bir çoxu həyatda deyil. Bir çox dostumuzu itirdik. Hər kəs üçün çətin zamandır”.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
Son xəbərlər
Bütün xəbərlər »