Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polislə müğənnini səhv saldılar - Foto

Bir neçə gün öncə müxtəlif xəbər portallarında Əməkdar artist Elnur Zeynalovun eyni zamanda polis işçisi olması barədə məlumatlar yayılıb.

Belə ki, xanəndənin polis mayoru geyimindəki fotosu əsas götürülərək, onun 2019-cu ilin 4 oktyabr tarixində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Patrul Xidməti Alayının 9-cu tağımının baş inspektoru təyin olunması barədə yalan bir informasiya yayılıb.

Bizimyol.info-ya açıqlama verən Əməkdar artist qeyd edib ki, xəbərin hardan və necə qaynaqlanmasından məlumatı yoxdur və onun polis əməkdaşı, mayor rütbəsi daşıması barədə deyilənlər yalandır.

Elnur Zeynalov

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrulu Xidməti Alayının 9-cu tağımının komandiri vəzifəsində həqiqətən də Elnur Zeynalov adlı polis xidmət göstərir. Görünür müğənni ilə bağlı yaranan anlaşılmazlıq burdan irəli gəlib.

Əməkdar artist Elnur Zeynalov Opera və Balet Teatrının solistidir və 2005-ci ildə keçirilmiş Televiziya Muğam Müsabiqəsinin finalçılarındandır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »