Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının köməkçiləri maska payladı...- Foto

İki gün öncə Bakı şəhəri Xətai rayonu ərazisində koronavirusla bağlı “maarifləndirici” tədbir həyata keçirilib. Xətai rayonunun İcra hakimiyyətinin qarşısında İcra başçısının köməkçiləri ətrafdan keçən sakinlərə öz əlləri ilə maska paylayıblar.

Elə məsələni də bu qədər müzakirə mövzusu edən bu görüntülər olub. Şəxsən mən öz adıma neçə dəfə şəxsi problemlərimlə əlaqədar İcra hakimiyyətinin binasına girib başçını və ya köməkçiləri görmək istəsəm də, elə birinci mərtəbədən deyiblər ki, yuxarı olmaz.

Yəni yuxarıdakıların başı çox vacib işlərə qarışıq olduğundan müraciət edən vətəndaş elə giriş qapısında oturmuş şəxsin soyuq, məhkəmə divarı kimi üzünə baxıb geri qayıtmalı olur.

2 gün öncə isə o soyuq adamlar humanist tərəflərini nümayiş etdirərək şəxsən özləri maska paylayaraq xalqın yanında olduqlarını, qayğı göstərdiklərini göstəriblər. Bəli məhz göstəriblər. Bir qutu maskanı paylamaq üçün 3 vəzifəli şəxs və bir fotoqraf bu iş üçün təhkim olunub. Əgər məqsəd maska paylamaq idisə, bunu İcra Hakimiyyətində işləyən əməkdaşlar edə bilərdilər, dağdan ağır 3 məmurun həll etməli olduqları daha vacib məsələlər var, onlar niyə etməliydi? İkincisi küçədə əlcək taxılmamış əllərlə açıq maskaları paylamaq özü də bir az təhlükəli deyilmi? Maskaları paket halında vermək daha düzgün olardı. Qısası sosial şəbəkələrdə yayılmış bu görüntülər insanlarda gözlənildiyi kimi minnətdarlıq yox, süni göründüyünə görə rişxənd hissi oyadıb.

Təqdim etməsi bizdən, qiymət verməsi sizdən:

Xətai rayonunun İcra hakimi maska paylayır

Son xəbərlər
Bütün xəbərlər »