Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin AAİİ sammitində Paşinyanın “ağzından vurub”

Ali Avrasiya İqtisadi İttifaqının (AAİİ) iclasında Ermənistanın baş naziri Nikol Paşinyan qurumun ümumi enerji bazarının yaradılması və qaz qiymətlərinə vahid yanaşma məsələsini qaldırıb.

Virtualaz.org-un “İnterfaks”a istinadən məlumatına görə, buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin bildirib ki, vahid tarif yalnız vahid büdcə və vahid vergi sisteminin olduğu bazarda tətbiq edilə bilər.

"Bu inteqrasiya səviyyəsinə çatmayana qədər qaz qiymətləri bazar şərtləri əsasında formalaşdırılmalı, tədarükçülərin xərcləri və investisiyaları nəzərə alınmalı və istehsalata yatırılan kapitala uyğun gəlir dərəcəsi təmin edilməlidir",-V.Putin deyib.

Putin xatırladıb ki, tranzit və qaz nəqli üçün tariflərin müəyyən edilməsi məsələsi Avrasiya İqtisadi İnteqrasiyasının 2025-ci ilədək inkişafına dair Strateji istiqamətlər layihəsinə daxil edilib.

Putinin fikrincə, məsələ Strategiya layihəsindən çıxarılmalıdır: "Erməni və belaruslu dostlarımızın mövqeyi dəyişməz qalsa, ehtimal ki, qazla əlaqəli maddənin təsdiqlənməsi üçün strategiya layihəsindən çıxarılması məntiqli olardı. Qaz qiymətlərinə yanaşmaların müzakirəsi üzv dövlətlərin ekspertləri və Avrasiya İqtisadi Komissiyası tərəfindən davam etdirilə bilər".

Onun sözlərinə görə, Rusiyanın mövqeyi Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənir. "Üç ölkə - Rusiya, Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənən bir düstur var. Bunun mahiyyəti odur ki, qazın qiymətinə dair yanaşmalar, sonradan AAİİ bazarının formalaşdırılması ilə bağlı danışıqlarda müəyyən oluna bilər. Ermənistan və Belarusdan olan həmkarlarımız bu düsturu hələ qəbul etməyiblər, onların öz fikirləri var. Əgər onlar onunla razılaşa bilsələr, strategiyanı ümumiyyətlə təsdiqləmək üçün başqa heç bir maneə olmazdı",-deyə Rusiya lideri vurğulayıb.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »