Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dərmanlar talan olunub satılır" deyən xəstənin izahatı alınıb - Foto

“Göyçay rayon Mərkəzi Xəstəxanası dövlət tərəfindən vətəndaşlara pulsuz verilməsi nəzərdə tutulan dərmanları vermir”.

Bu barədə Bizimyol.info-ya müraciətində Göyçay rayonu, H.Hacıyev küçəsi, ev 188 ünvanında yaşayan Mustafayev Rasim Əhəd oğlu iddia edib.

R.Mustafayev bildirib ki, ona 2014-cü ildə bronxial astma xəstəliyinə görə ikinci qrup əlil dərəcəsi müəyyən olunub: “Buna görə hər ay dövlət büdcəsi hesabına dərmanla, tibbi pereparatlarla təmin olunurdum. Amma artıq iki aydır ki, Göyçay rayon Mərkəzi Xəstəxanası astma xəstələrinin dərmanlarını vermir. Səbəbi isə həmin xəstəxananın baş həkimi Elçin Bilalov astma xəstələrinin dərmanlarını aptekdə satdırıb talançılıqla məşğul olmasıdır.

Qeyd edim ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında pulsuz dərmanları Elza adlı həkim paylayır. Elza həkim Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovla qudadır. “Erflyusal” adlı dərmanın qiyməti 55 manatdır. Həmin dərman xəstələrə paylanması üçün hər ay Göyçay xəstəxanasına çoxlu sayda gəlir. Artıq 2 aydır heç bir xəstəyə həmin dərman verilmir, apteklərdə satdırılır. Bu səbəbdən biz xəstələr ölümlə üz-üzə qalmışıq. Elçin Bilalov Göyçay rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən sonra xəstəxanada korrupsiya cinayətləri artıq rəsmiləşdirilib”.

R.Mustafayevin müraciətilə bağlı Bizimyol.info-nun TƏBİB-ə göndərdiyi informasiya sorğusuna cavab verilib.

“Vətəndaş Mustafayev Rasim Əhəd oğlunun astma xəstəliyi ilə bağlı dərmanlarını ala bilməməsi ilə əlaqədar göndərdiyiniz sorğuya cavab olaraq bildiririk ki, vətəndaş Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən 11 may 2020-ci il tarixində dərmanlarla təmin edilib. Sorğunuza əsasən, vətəndaş xəstəxanaya dəvət edilərək izahat alınıb və heç bir şikayətinin olmadığını bildirib. İzahatı nəzərinizə çatdırırıq”,- deyə TƏBİB-dən bildirilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »