Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nazirlik və icra başçısı "haqq" tələb edirdi, hər ay 2 min manat verirdim" - Video

Füzuli Müalicə Diaqnostika Mərkəzinin keçmiş baş həkimi Cümşüd Məmmədov Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri işləyən Gülmirzə Poladovun və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevun ondan rüşvət tələb etdiyini iddia edib.

Bu barədə Bizimyol.info-ya açıqlamasında Cümşüd Məmmədov bildirib. Keçmiş baş həkim deyib ki, təzyiq altında ona işdən çıxmaq haqqında ərizə yazdırılıb.

“Müdir mənə dedi ki, pul qazanıb verə bilmirsən. Ona görə ərizəni yaz işdən çıx. Camaatla əlaqə saxlasanız biləcəksiniz ki, mən camaatdan pul almamışam”,- C.Məmmədov deyib.

Cümşüd Məmmədov Cümşüd Məmmədov

Keçmiş baş həkim iddia edib ki, Səhiyyə Nazirliyinə “hesab” verə bilməsə də, hər ay icra başçısına 2000 manat “haqq-hesab” verib: “Mən şəhid ailəsiyəm. Atam, qardaşım və qardaşım qızı şəhid olub. Baş həkim oalraq aldığım 800 manat maaşımı və şəhid ailəsinə verilən təqaüdü üst-üstə qoyaraq icra başçısına verirdim. Hər ay Alı Alıyevə 2 min manatı verirdim”.

C.Məmmədov məhkəməyə müraciət edərək işdən azad olunması üçün ondan təzyiq altında ərizənin alınmasının səbəbini öyrənmək istəyir: “Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri işləyən Gülmirzə Poladov məndən təzyiq altında ərizə alıb. Mənə dedilər ki, pul qazanıb verə bilmirsən. Səhiyyə Nazirliyində bu işlərə G.Poladov baxır. Dedilər ki, işdən çıxmasam, məsələmə kollegiyada baxılacaq. Kollegiyada çıxarılan qərardan sonra isə mən heç bir yerdə işləyə bilməyəcəkdim. Təzyiq altında ərizə yazıb işdən çıxdım.

Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsini təqdim etmişəm. İşə iyunun 4-də baxılacaq. Məhkəmə iddiasında Səhiyyə Nazirliyinin cavabdeh qismində tanınması şərtilə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə pul tələbini irəli sürdüm. İddiada göstərilib ki, işlədiyi dövrdə intizam və inzibati cəza almayıb, tutduğu vəzifəni layiqincə yerinə yetirib”.

Ramid İbrahimov

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »