Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Ermənilərin faşistlərə müsbət münasibəti təsdiq olundu”

“Biz Azərbaycan gerçəklərinin dünyada daha çox yayılması üçün gücümüzü daha da artırmalıyıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının faktlarla üzə çıxmasından sonra ermənilər Azərbaycan tarixinə qarşı hücumları artırıb: “Biz buna qarşı da mübarizəmizi artırmalıyıq. Ermənilərin faşistlərə müsbət münasibəti Qaregin Njdeyə qoyulan heykəllə, Paşinyanın babası ilə bağlı çıxan sənədlərlə bir daha təsdiq olundu. Cümhuriyyət tariximizə qarşı ermənilərin hücumlarına diaspor tərəfindən yüksək səviyyədə cavab verilməlidir. Bizim Cümhuriyyət qurucularımızın çoxu da ermənilər tərəfindən qətlə yetirilib”.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »