Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: Hərə öz işi ilə məşğul olsun

18 Maydan Azərbaycanda karantin rejiminin bir az da yumşaldılması ilə yoluxma sayında da kəskin artım baş verdi.

Əvvəllər sağalma sayı ilə yoluxma sayını müqayisə edib, sağalma sayının çoxluğuna sevinirdik. Bu günlərdə isə yoluxanların da sayı hər gün orta hesabla 100 nəfər artır.

Adil Qeybulla

Tibb Elmləri doktoru Adil Qeybulla hesab edir ki, bundan sonra artım hətta altı dəfə çox olacaq. Yəni hər gün 600 yoluxma faktı barədə eşidə bilərik. Hazırda ölkəmizdə koronavirus xəstələrinin sayı 3388 nəfərdir

Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov bu məsələyə fərqli yanaşma sərgiləyib. O Bizimyol.info-ya verdiyi açıqlamada belə deyib:

Müşfiq Hüseynov Müşfiq Hüseynov

"Virus-xəstəlik deyil, mikrooqanizmdir, yəni canlıdır. O uzun müddət yaşaya bilmir. Onun “uşaqlıq, cavanlıq, qocalıq dövrü” var. İlk 3 ay ən təhlükəli dövrdür. Sonrakı 3 ay sabitləşmə gedir. Daha sonrakı 3 ay maksimum pik həddə təhlükəli sayılır ( hesabla oktyabr ayına düşməlidir). Yəni, sizin anlamadığınız, əslində isə normal olan bu virusun “asan-kəsən” vəziyyətində qorunmaq idi. Çünki, gücünü itirən virus əvvəlki kimi təhlükəli deyil. Zamanında herpesdən adam ölürdü, indi heç xəbəriniz də yoxdur, hər kəsdə yaşayır. Ən yaxşısı hərə öz işi ilə məşğul olsun. İqtisadçılar daxil”,- deyə o Bizimyol.info-ya bildirib

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə yoluxma faktlarının çox olmasına baxmayaraq yumşaldılan karantin şərtlərini artıq ölkənin çoxlu sayda xəstəni sağaltmaq gücünə qadir olması və insanlarda karantin mədəniyyətinin formalaşması ilə əlaqələndirib.

“ilkin mərhələdə xüsusi karantin rejiminin tətbiqi xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib. Zəruri maliyyə ehtiyatları formalaşdırılıb, çarpayıların sayını artırmağa, səhiyyə infrastrukturunu genişləndirməyə nail olunub. Ötən müddət ərzində xəstələrin əksər hissəsinin sağalması ilə müalicə təcrübəsi formalaşıb”.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
Son xəbərlər
Bütün xəbərlər »