Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu dövlətdə yayılan koronavirusun digər ölkələrdəkindən fərqi açıqlandı

Rusiyada yayılan “İran-Avropa” koronavirus ştammı dünyanın digər bölgələrinə yayılanlardan bir sıra fərqlərə malikdir – o, daha “pisdir”, çünki xeyli sürətlə yayılır.

Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin (GMU) Sistem Biologiyası Məktəbinin professoru, GMU Elmlər Kollecinin Xroniki Metabolik Xəstəliklərin Tədrisi Mərkəzinin direktoru Ança Baranova Lenta.ru-ya bildirib.

Həkimin sözlərinə görə, koronavirusun yayılmasının beynəlxalq xəritəsinə əsasən, SARS-CoV-2-nin 30-a yaxın ştammı var:

“Virus Çində meydana çıxıb, sonra İran vasitəsilə Avropaya yayılıb, daha sonra isə Rusiyaya çatıb”.

A.Baranova virusun müxtəlif variantları ilə yoluxmada sağ qalma dərəcəsinin eyni olduğunu bildirib: “Yəni “yaxşı” və “pis” viruslar insanları ağciyərlərin süni ventilyasiyası aparatına eyni səviyyədə möhtac edir. Sadəcə “pis” virusu daha effektiv edən amil populyasiyada sürətlə yayılmasıdır. Həmçinin bu yoluxmada simptomsuz daşıyıcıların sayı daha çox olur”.

“Lakin yüksək yoluxuculuq və simptomsuz xəstələrin çoxluğu o deməkdir ki, Rusiya bu virus ştammı ilə “kütləvi immunitetə” daha tez çata bilər”, - deyə, professor sözlərini yekunlaşdırıb.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »