Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində zəlzələ nəticəsində 4 nəfər ölüb

Çinin cənub-qərbindəki Yunnan əyalətində meydana gələn 5,0 bal gücündə zəlzələ nəticəsində dörd nəfər ölüb, 23 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyi açıqlama yayıb.

Zəlzələ ötən gün axşam yerli vaxtla 21:47-də (Bakı vaxtı ilə 17:47) 5,5 milyondan çox insanın yaşadığı Çjaotun şəhər dairəsinin Syaoszya bölgəsində qeydə alınıb. Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub.

Zəlzələdən sonra yerli hakimiyyət orqanları tez bir zamanda xilasetmə əməliyyatları təşkil ediblər, dağılmış binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyə edilib. Təxliyə olunanların sayı barədə hələ tam məlumat verilməyib.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »