Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tanınmış futbolçu qumarda milyonlar uduzduğunu etiraf etdi
Kazino, qumar

“Arsenal”ın keçmiş futbolçusu Niklas Bendtnerə qumar çox böyük zərər vurub. Danimarka milli komandasının üzvü buna görə milyonlar itirdiyini etiraf edib.

Bizimyol.info xəbər verir ki, Bendtner “The Sun”a müsahibəsində başına gələnlərdən danışıb.

Niklas Bendtner Niklas Bendtner

Danimarkalı 19 yaşından qumar oynadığını bildirib. Onun sözlərinə görə, indiyə qədər pokerdə 6 milyon funt sterlinq (7 milyon dollardan çox) itirib.

Bendtner bütün baş verənlərə baxmayaraq, özünü qumar asılılığı olan adam saymır. Danimarkalı deyir ki, poker onun üçün həmişə əyləncə vasitəsi olub. Düzdür, bir dəfə bütün sərhədləri aşdığını boynuna alır. Amma vaxtında özünü ələ almağı bacarıb.

Hücumçu yenə də poker oynayır. Dediyinə görə, yalnız dostları ilə və kiçik məbləğlərlə.

Bendtner keçən ilin yanvarında taksi sürücüsünə hücuma görə ev dustaqlığına məhkum edilmişdi.

32 yaşlı futbolçu indi tamamilə klubsuzdur. Axırıncı dəfə “Kopenhagen”də forma geyinib.

Paylaş »
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Avropa ölkəsi bütün turistləri qəbul edir: Azərbaycandan gedənləri karantin gözləyir - Video
››› Kəbirə Məmmədova satıcılardan işləmədikləri ayların pullarını tələb edir
Son xəbərlər
Bütün xəbərlər »