Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın daha bir ölkəsində məktəblər açıldı - Video

Koronavirusun pik dövrü dünyanın əksər ölkələrində geridə qalıb. Xüsusilə Avropada normal həyata qayıtmaq cəhdləri daha çox hiss olunur.

Bizimyol.info xəbər verir ki, qitənin daha bir ölkəsində məktəblər açılıb. Belçikada şagirdlər təhsil müəssisələrinə qayıdıb. İki aylıq fasiələn sonra Belçika məktəblərində uşaqların səsi eşidilir.

“Euronews”un reportaj hazırladığı “Singelijn” məktəbində 625 şagird təhsil alır. Bu gün onların 40-na sevimli məkana gəlməyə icazə verilib. İlk üç yaş qrupundakı şagirdlər dərslərə başlayıb.

Məktəbin direktoru Dominik Pako bütün uşaqlarla söhbət etdiyini deyib: “İlk işimiz onları dinləmək oldu. Emosiyalar çoxdur, necə də olmasa, iki ayı evdə keçirməyə məcbur qalıblar. Onların məktəbə öyrəşməsi üçün çox səbirlə işləməliyik. Asan olmayacaq, işi əvvəlki kimi qurmaq mümkün deyil. Yeni qaydalar var”.

Məktəb işini davam etdirmək üçün təxminən 150 qaydaya əməl etməlidir. Hamı maska taxmalıdır. Siniflərin həcmi azaldılıb. Dərsə başlamazdan əvvəl hər kəs əlini yumalıdır.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »