Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalılar Çin malını boykot edir

Amerikalıların 40 faizi “Çində istehsal olunub” yazılmış mallardan imtina etməyə başlayıb. “FTI Consulting”in araşdırmasında bundan bəhs olunub.

Bizimyol.info xəbər verir ki, respondentlərin 34 faizi Çin malı alır, amma bu addımı çarəsizlikdən atır. Fikri soruşulanların 26 faizi etiketə diqqət ayırmır və orada nə yazılmasının çox fərqinə varmırlar. Daha böyük kəsim qəti mövqe ortaya qoyub. Respondetlərin 78 faizi bilsə ki, məhsul Çində istehsalı olunub, daha artıq pul verərək başqa mal alar.

Sorğu göstərir ki, amerikalılar daha çox Avropa məhsullarına tolerant yanaşır. Köhnə qitənin mallarını yalnız 12 faiz almaq istəməzdi. Latin Amerikası məhsullarını fikri soruşulanların 16 faizi yaxına buraxmır.

Ümumilikdıə sorğuda 18-91 yaş arası 1012 nəfər iştirak edib.

ABŞ-la Çin arasında ticarət müharibəsi 2017-ci ildən gedir. Amerika Asiya ölkəsindən idxal olunan məhsullara rüsum tətbiq etmişdi. Bu qərara görə xeyli Çin istehsalçısı müəssisənin işini dayandırmalı olmuşdu.

Bu ilin əvvəllərində münasibətlər müəyyən qədər yumşalmağa başlamışdı. Çin ABŞ-ın ortaya qoyduğu şərtlərlə razılaşmağa məcbur olmuşdu. Şərtlərə görə, asiyalılar Amerikadan qarşıdakı iki il ərzində 200 milyard dollarlıq məhsul alacaq, əvəzində okeanın o tayına ixrac olunan məhsullara rüsum tətbiq edilməyəcək. Pandemiya münasibətləri yenə korlayıb. ABŞ Çini koronavirusla bağlı həqiqətləri gizlətməkdə ittiham edir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »