Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada pandemiya dövrünün ən aşağı yoluxma və ölüm göstəricisi qeydə alındı

İtaliya koronavirusa qalib gəlir. Epidemiyadan ən çox əziyyət çəkən ölkələr sırasında yer alan Avropa dövləti özünə gəlməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, İtaliyada pandemiya dövrünün ən aşağı yoluxma və ölüm göstəricisi qeydə alınıb. Son sutka ərzində cəmi 451 nəfərdə virus aşkarlanıb. Koronavirus pasiyentlərinin 99-u həyatını itirib.

Martın 2-dən sonra İtaliyada bu qədər az yoluxma qeydə alınmamışdı. Sutkalıq ölüm sayının 100-dən aşağı olması da yalnız martın ilk dekadasında müşahidə edilirdi. Onda hələ koronavirus pandemiya kimi rəsmiləşməmişdi.

İtaliyada indiyə qədər 225 min 886 nəfərdə infeksiya aşkar olunub. Ölənlərin sayı 32 mini keçib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada təxminən 4.85 milyon nəfər koronavirusa yoluxub. Xəstələrin 318 mindən çoxu virusla mübarizədə məğlub olub.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »