Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşları intihar həddinə çatdıran avtobus marşrutu

İnsanların yaşayış və iş yerlərinin şəhərin müxtəlif məkanlarında yerləşməsi ciddi sosial problemlər yaradıb.

Belə ki, şəhərdə ictimai nəqliyyat şəbəkəsinin qeyri-səmərəliliyi işə və evinə hərəkət edən insanlar üçün narahat həyat formalaşdırıb.

Bizimyol.info xəbər verir ki, həmin marşrut xətlərindən biri 194 nömrəli marşrut xəttidir. Bu marşrut xətti üzrə hərəkət edən avtobusların sərnişinləri olan insanlar hər gün stress, gərginlik yaşayırlar. Buna səbəb bu sahədə təklifin artmaqda olan tələblə ayaqlaşa bilməməsidir.

Metronun “20 yanvar” stansiyası-“Qobu Park” yaşayış kompleksi marşrut xətti üzrə hərəkət edən avtobuslar dayanacağa 1 saat ərzində gəlir. Sərnişinlər bu problemlə bağlı 141 çağrı mərkəzinə dəfələrə müraciət etdiklərini bildirirlər. Şikayətlə bununla da bitmir. Şikayətlər həm də marşrut xətlərində köhnə, istismara yararsız avtobusların olması və sürücülərin davranışı ilə bağlıdır.

Qeyd edək ki, bu vaxta qədər beynəlxalq təşkilatlar Bakıda ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı bir neçə layihəni həyata keçirmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq ediblər.

Bunların arasında Asiya İnkişaf Bankının Bakıda davamlı şəhər nəqliyyatının inkişafını nəzərdə tutan 1 milyona yaxın ABŞ dolları məbləğində investisiya proqramı və Dünya Bankının dəstəklədiyi İntellektual Nəqliyyat Sistemləri layihəsi var.

Azərbaycan Respublikasının dayanıqlı nəqliyyat siyasətini ifadə edən vahid siyasət sənədi yoxdur. Buna baxmayaraq nəqliyyatın dayanıqlı inkişafı ilə bağlı dövlətin və hökumətin siyasi iradəsi müəyyən qədər aşağıdakı sənədlərdə ifadə edilib. Belə ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2006–2015-ci illər)" və "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair Dövlət Proqramının (2006-2015-ci illər)" layihələri hazırlanmış və dövlət qurumları ilə razılaşdırılıb.

"Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2006–2015-ci illər)" əsas məqsədi əhalinin və iqtisadiyyatın nəqliyyat xidmətlərinə artan tələbatının təmin edilməsi, dayanıqlı nəqliyyat sisteminin yaradılması, nəqliyyatla dövlətin müdafiə ehtiyaclarının təmin olunması, ölkənin tranzit potensialının artırılması, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə ölkədə yüksək sosial-iqtisadi inkişafın təmin olunmasından ibarətdir.

Nəqliyyat infrastrukturlarının və nəqliyyat vasitələri parklarının müasir tələblərə uyğun yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi , Bakı və respublikanın digər şəhərlərində nəqliyyat vasitələrinin müasir tələblərə uyğun yeniləşdirilməsi və ekoloji tarazlığın təmin edilməsi bu Dövlət Proqramının vəzifələrindəndir.

Nəqliyyat Nazirliyi 2020-ci ilədək Bakıda sərnişin nəqliyyatının təkmilləşdirilməsi üzrə Baş plan hazırlanıb.

Ramid İbrahimov

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »