Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: Hələ bir müddət koronavirusla birgə yaşamalıyıq

“Biz hələ bir müddət bu virusla birgə yaşamalıyıq. Bu müddətin nə qədər olduğunu bilmirik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər bir infeksion xəstəliklə mübarizədə ən güclü vasitə peyvənddir: “Hələ ki bu xəstəliyin peyvəndi yoxdur. Ona görə də xəstəliyin nə qədər davam edəcəyini bilmirik”.

Şöbə müdiri karantin rejiminin nə zamana qədər edəcəyinə də münasibət bildirib: “Çox asan olan bəzi qaydalara riayət etsək, xəstəliklə bir müddət bu cür yaşaya bilərik. Cəmiyyətin qarşısında elə çətin qaydalar qoymuruq. Xahiş edirik ki, sosial məsafədən istifadə edilsin, qapalı şəraitdə mütləq tibbi maskalardan istifadə edilsin. Amma bütün ölkəni peyvənd istifadəyə verilənə qədər qapalı mühitdə saxlamaq mümkün deyil”.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »